Kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları artdı

media-hightechnic-468x90

Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 191,5 milyon manat təşkil edib.

Yenicag.az Mərkəzi Banka istinadla xəbər verir ki, ən çox artım balıqçılıq (14,7 dəfə) və balıqyetişdirmə (4,5 dəfə) qruplarında olub, artıma töhfə əsasən birillik bitkilərin becərilməsi (48,5 milyon manat), heyvandarlıq (22,5 milyon manat) və kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi (8,9 milyon manat) qruplarından irəli gəlib. Ağac tədarükü (-85,4 faiz), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20,8 faiz) və bitkilərin çoxaldılması (-20,7 faiz) qruplarında isə azalma qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600