!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəndliləri aşağılayan Metropoliten rəsmisi üzr istədi

!Reklam – Yazi

Lala Babayeva adlı sosial şəbəkə istifadəçisinin metro ilə bağlı şərhinin ciddi etirazlara səbəb olduğunu xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, “Kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı” deməsi birmənalı qarşılanmamışdı.

Artıq L.Babayeva bu sözlərinə görə üzr istəyib. Onun məsələ ilə bağlı son yazdıqlarını təqdim edirik:

“Hörmətli soydaşlarımız,

Bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.

İddialara görə, Lala Babayeva Bakı Metropoliteni rəis müavini vəzifəsində çalışmış Zaur Babayevin qızıdır. Qlamur həyatı ilə seçilən Babayevanın Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri olduğu bildirilir.

www.yenicag.az

2389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv