Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
“Report”un məlumatına görə, açılış oyununda “Kəpəz” və “Neftçi” komandaları üz-üzə gəlib.
Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Hər iki qolu 1-cü və 41-ci dəqiqələrdə təyin olunmuş penaltilərdən sonra Tural Axundov vurub.
Bununla da xallarını 27-yə çatdıran “Kəpəz” “Neftçi”ni 1 xal və 1 pillə keçərək, 6-cı mövqeyə yüksəlib. Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə verən 4-cü yerdən 4, flaqmanı isə 5 xal ayırır.
Yeniçağ.Az
www.yenicag.az