Kərəm Həsənov Qarabağı İmanov qardaşlarına “bağışlayıb”?
8 rayonda qurulan “imperiya”nın pərdəarxası
Qarabağ zonasında Əmlak Komitəsinə aid bütün məsələlər İmanov qardaşlarının rəyi və razılığı olmadan həyata keçirmək mümkün olmur. Belə ki, Qarabağ rayonlarından davamlı olaraq daxil olan şikayət məktublarında göstərilir ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Beyləqan rayon Dövlət Reyestri Xidmətinin Ərazi Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov bütün Qarabağdakı Əmlak Komitəsinə aid olan idarələri öz şəxsi obyektləri kimi idarə edir. Buna səbəb isə Zaman İmanovun qardaşı Məhəmməd İmanovun Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləməsidir.
Bu barədə daxil olan məlumatlarda göstərilir ki, mənbəmiz Zaman İmanov Əmlak Məsələləri ilə bağlı 8-dən artıq rayonda öz imperiyasınıü qurub. Misal üçün Beyləqan, Ağcabədi, Ağdam, Füzuli, Bərdə və s. rayonların Dövlət Reyestri Xidmətlərinin rəisləri birbaşa Zaman İmanova tabedir və onun nəzarəti altında bu idarələrin rəisləri bir çox qanunsuzluğa gedirlər. Bundan başqa iddia olunur ki, idarə rəisləri rüşvət və korrupsiya yolu ilə əldə etdikləri gəlirlərin üçdə iki hissəsini hər ay Zaman İmanova verirlər və o da öz növbəsimndə topladıqlarının əsas hissəsini qardaşı Məhəmməd İmanova çatdırır.
Həmçinin qeyd olunur ki, Beyləqan rayon Dövlət Reyestri Xidmətinin rəisi R.Əliyev əslində formal olaraq rəis vəzifəsini daşıyır. Çünki idarəninin bütün işlərini məhz qeydiyyat şöbəsinin müdiri Zaman İmanov həyata keçirir. Bildirilir ki, 2 il əvvələ qədər Beyləqan rayon Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində olan Zaman İmanov qardaşı Məhəmməd İmanov Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsinə təyinat aldıqdan sonra Zaman İmanov Dövlət Reyster Xidmətində Ərazi Qeydiyyat şöbəsinin müdiri vəzifəsinə keçib. Yəni faktiki olaraq onun vəzifəsi aşağı salınsa da, Dövlət Reyster Xidmətinin Beyləqan rayon şöbəsinin bütün səlahiyyətləri ona məxsusdur. Bundan başqa qardaşı vəzifə aldıqdan sonra bütün Qarabağ bölgəsində Dövlət Reyster Xidmətinə nəzarət məhz Zaman İmanova keçib.Məlumata əsasən Zaman İmanov hazırda Qarabağ bölgəsində faliyyət göstərən Dövlət Reyster Xidmətlərinin qanunsuz «rüsumlarını» təyin edir. Zaman İmanovun təyin etdiyi taarifdən kənar heç bir xidmət rəisi az «rüsum» ala bilməz. Əks təqdirdə həmin xidmət rəisi «ziyanı» öz cibindən ödəyir. Belə ki, hər hansı bir mülkiyyətin reyester sənədini vermək üçün vətəndaşlardan rüsumdan əlavə 1000 manat rüşvət tələb edilir. İri sahibkarların əmlakın sənədləşməsi üçün isə xədmət rəisləri rəisi 15 min manatdan 50 min manata qədər qanunsuz «rüsum» alırlar.Məhəmməd İmanov Əmlak Komitəsində Daşınmaz Əmlakın Reysteri Xidmətinin rəisi təyin olduqdan sonra qardaşlar sürətlə varlanmağa başayıb. Belə ki, İmanov qardaşları paytaxtın müxtəlif yerlərində obyektlərə, villalara sahib olduğu, həmçinin Beyləqan rayonunda bir neçə iri təsərrüfatlar yaratdıqları vurğulanır. Həmçinin məlumatda qeyd olunur ki, Zaman İmanov Beyləqan, Ağcabədi rayonlarında bir neçə restorana, təsərrüfata, yüz hektarlarla torpaq sahələrinə, Bakıda dəbdəbəli bir neçə mənzilə sahibdir.
Mövzuya qayıdacağıq.