Keşlə bazarı söküləcək?

media-hightechnic-468x90

bazaresasBakının ən böyük bazarlarından biri olan Keşlə bazarı sökülə bilər.

Bu məlumatı bu bazarda çalışanlar verib. Bazarda çalışanlar bildirib ki, onlara bazarın söküləcəyi barədə məlumat verilib: “Bizə deyilənə görə, bazarın yerləşdiyi ərazidən yol çəkiləcək. Amma bilmirik yalandı, yoxsa doğru?”.

Movqe.az məsələni araşdırmaq üçün Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyəti Aparatının şöbə müdiri Hüseyn Cəfərov bildirib ki, belə bir layihə planda var. H. Cəfərov bu layihə çərçivəsində bir müddət əvvəl iş görüldüyünü də söyləyib: “Plana görə, Koroğlu metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən körpü tikilməlidir. Hətta Koroğlu metrostansiyasından 23-cü polis bölməsinə qədər H. Əliyev prospekti ilə paralel körpünün müəyyən hissəsi tikilib. Amma işlər hələki saxlanılıb. Plana görə, bu yol Keşlə bazarının qabağından, Y.V. Cəmənzəminli küçəsindən keçəcək. O zaman yəqin ki, bazar da söküləcək. Amma hələki bu körpünün tikintisi saxlanılıb”(mövqe).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600