“Keşlə” hücumçusu ilə yollarını ayırdı

“Keşlə”dən ayrılan ilk futbolçunun adı məlum olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu yarımmüdafiəçi Ruslan Qurbanov paytaxt klubu ilə vidalaşıb.

Milli komandamızın üzvü sosial şəbəkə vasitəsilə bunu bəyan edib. 29 yaşlı hücumameyilli oyunçu paylaşımında artıq “Keşlə”nin futbolçusu olmadığını yazıb. O, bakılılara təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Qurbanovun “Keşlə” ilə müqavilə müddəti başa çatdığından, azad agent statusuna malik olub.

COP29