!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kubokunda 1/4 finalın cütləri müəyyənləşib

!Reklam – Yazi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Səbail”, “Qəbələ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

“Səbail”in rəqibi “Zirə” – “Qaradağ-Lökbatan” matçında müəyyənləşib. 1/8 final mərhələsinin bu gün keçirilən oyununda 4:0 hesabı ilə qalib gələn Zaur Həşimovun yetirmələri Premyer Liqanın autsayderinə rəqib olublar.

“Qəbələ”nin rəqibi isə “Sabah” – “Ağsu” görüşündə dəqiqləşib. I divizion klubunu 5:0 hesabı ilə darmadağın edən Jelko Sopiçin komandası 1/4 finala yüksəlib.

“Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq. Sonuncular 1/8 finalda “Zaqatala”nı məğlubiyyətə uğradıblar – 2:0.

1/4 final mərhələsinin görüşləri dekabrın 15-16 və 19-20-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın dünən müəyyənləşən ilk cütündə “Qarabağ”la “Keşlə” üz-üzə gələcək.

Azərbaycan kuboku
1/4 final
(15/16-19/20 dekabr)

5. “Qəbələ” – “Sabah”
6. “Səbail” – “Zirə”
7. “Neftçi” – “Sumqayıt”
8. “Qarabağ” – “Keşlə”

COP29

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv