!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kia-dan yeni model

!Reklam – Yazi

kiaBritaniya mətbuatının nümayəndələri Cənubi Koreyada “Kia Motors”-un yeni dizayn-mərkəzində kompakt hibrid krossoverin tam maketini görməyə dəvət ediliblər. Avtomobil təqribən 2016-cı ilin ortalarında hibrid formatında, daha sonra isə plug-in modifikasiyasında buraxılacaq. Əsas hücum hədəflərindən biri isə “Toyota Prius”-dur.

Jurnalistlərə şəkil çəkmək qadağan edilib. Onların sözlərinə görə, parketnik konsept “Niro”-nun təsiri altında olacaq, lakin elə də bənzərlik yoxdur. 4350 mm uzunluğu olan yenilik “Soul”-dan böyükdür, “Sportage”-dən isə kompakt. İnteryer yeni sedan “Optima 2015”-də istifadə ediləcək dizayn üslubu ilə hazırlanacaq. Buna mərkəzi konsolda böyük sensorlu monitor və “BMW”-nin üfiqi klaviaturası daxildir.

Hibridin əsası tamamilə yeni platformadır. Güc qurğusuna 1,6-litrlik benzin mühərrik və elektrik mühərriki daxildilr. Şirkət rəhbərliyi bildirir ki, onların yeni yaradıcılığı 100 km məsafəyə 4,7 litr yanacaq sərf edir. Lakin yanacaq çox sərf edilsə də bu, problem olmayacaq. Brendin marketoloqları tədqiqat apardıqdan sonra məlum olub ki, alıcılar daha effektli xarici görünüşü az yanacaq sərfiyyatından üstün tuturlar. Şirkət dizel mühərrikdən imtina edir.

(topnews.az)

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv