Kibertəhlükəsizlik naziri kompüterdə işləyə bilmir - İstefası tələb olundu

media-hightechnic-468x90

Yaponiyanın kibertəhlükəsizlik naziri Yoşitaka Sakurada parlamentin aşağı palatasında fərdi kompüterdə işləməyi bacarmadığını dilə gətirib.

Yenicag.az xəbər verir ki, müxalifətçi millət vəkillərinin suallarını cavablandıran 69 yaşlı nazir kiçik yaşlardan əmək fəaliyyəti ilə məşqul olduğunu, vaxt azlığı üzündən kompüteri öyrənə bilmədiyini deyib.

“Sonra müxtəlif vəzifələrə getdim, işçilərimə göstəriş vetrməyə başladım. Beləliklə, klaviaturanı taqqıldatmağa artıq ehtiyacım da yoxdur”, – nazir bildirib.

Onun bu sözləri bir çox millət vəkillərinin təəccübünə və hiddətinə səbəb olub.

“Belə bir insana ölkənin kibertəhlükəsizliyini həvalə eolunmasına adamın inanmağı gəlmir”, – müxalifətçi Masato İmai söyləyib.

Zəngin siyasi təcrübəsi sayəsində işlərin öhdəsindən gəldiyini bildirən nazir Y.Sakurada nüvə elektrik stansiyalarının kiberhücumlardan qorunmasının təşkilinə dair suallara “bu məsələnin təfərrüatına bələd olmadığı”nı etiraf edib. Belə olan halda müxalifət onun istefası tələbini irəli sürüb./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600