Kıbrıs Aydın Universiteti Bakıda – “Qardaşlıq Təqaüdü” ilə bağlı tələbələrə yeni imkanlar TƏQDİM OLUNDU – FOTO/VİDEO

media-hightechnic-468x90

“EDDE Global”ın təşkilatçılığı ilə Şimali Kiprin aparıcı təhsil ocaqlarından olan Kıbrıs Aydın Universiteti Bakıda azərbaycanlı tələbələrlə görüş təşkil edib.

Yenicag.az xəbər verir ki, görüşdə həmçinin İstanbul Aydın Universiteti də təmsil olunub. Tədbir tələbələrin xaricdə təhsil imkanları, təqaüdlər və gələcək karyera perspektivləri ilə bağlı suallarına cavab tapmaları üçün mühüm platforma rolunu oynayıb.

Tədbirin əsas məqsədi azərbaycanlı gənclərə Şimali Kiprdə və Türkiyədə təhsil imkanlarını tanıtmaq, mövcud təqaüd proqramları barədə məlumat vermək və birbaşa universitet nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yaratmaq olub. İştirakçılar arasında məktəblilər, bakalavr və magistratura namizədləri, eləcə də valideynlər iştirak ediblər.

“EDDE Global”ın direktoru Miryusif Cavadzadə çıxışında bildirib ki, sözügedən tədbirin önəmi çox əhəmiyyətlidir:

media-img_1819

“Biz bu tədbiri keçirməkdən çox xoşbəxtik. Şimali Kipr bizim üçün doğmadır, Kıbrıs Aydın Universitetinin onursal başqanı Prof. Dr. Mustafa Aydın isə həmişə Azərbaycana xüsusi diqqət göstərib. Qarabağ müharibəsində şəhid ailələrinə, qazilərə və veteranlara 100% təqaüdlərin təqdim olunması bunun ən bariz nümunəsidir. Bu gün burada həm İstanbul Aydın Universitetini, həm də Kıbrıs Aydın Universitetini tanıtmaqdan qürur duyuruq. Bizim məqsədimiz gənclərin gələcəyinə dəstək olmaq və onlara ən doğru təhsil yollarını göstərməkdir”.

Kıbrıs Aydın Universitetinin Beynəlxalq Əlaqələr Direktoru Dos. Dr. Tuğrul Günay isə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib:

media-img_1811

“Azərbaycan bizim üçün qardaş ölkədir və burada olmaqdan böyük məmnunluq duyuruq. Azərbaycanlı tələbələr üçün “Qardaşlıq Təqaüdü” adı altında 90%-ə qədər təqaüd imkanlarımız mövcuddur. Şimali Kiprdə yerləşən müasir kampusumuzda azərbaycanlı gəncləri gözləyirik. Onların akademik inkişafına və sosial həyatına dəstək olmaq üçün hər cür şərait yaradılıb.”

“InUni Global” şirkətinin Azərbaycandakı təmsilçisi, biznesin inkişafı üzrə menecer Cəmilə Məmmədova isə söyləyib ki, çalışdığı qurum bir çox universitetləri təmsil edir:

media-img_1828

“Biz “PennState Dickinson Low”, “University of Akron”, “Rensselaer” və “Avila” kimi universitetlərlə bu konfransa qatılmışıq. Azərbaycanlı tələbələrə dəstək verməyə çalışırıq”.

İstanbul Aydın Universitetinin nümayəndəsi Vüsalə Hümbətli isə çıxışında son illərdə həyata keçirilən yeniliklərdən, beynəlxalq əməkdaşlıqlardan və geniş təqaüd imkanlarından danışıb.

media-img_1816

O həmçinin tələbələrin universitet həyatına tez uyğunlaşmaları üçün mövcud mentorluq sistemləri və tələbə klubları barədə məlumat verib.

Bildirilib ki, yaxın aylarda daha çox beynəlxalq universitetlərlə oxşar görüşlərin təşkili nəzərdə tutulur. Məqsəd azərbaycanlı gənclərin dünyada tanınmış universitetlərdə daha geniş imkanlar qazanmasına dəstək olmaqdır.

Xatırladaq ki, tələbələr görüş zamanı aktiv şəkildə suallarını ünvanlayıb, həm təhsil proqramları, həm də kampus həyatı ilə bağlı ətraflı cavablar alıblar. Tədbirin sonunda iştirakçılara universitetlər tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Rafi Müslümov

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa