!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kimyəvi zavodda güclü yanğın - Partlayış səsləri eşidilir - VİDEO

!Reklam – Yazi

Türkiyənin Denizli bölgəsində kimyəvi zavodda yanğın baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pamukkale şəhərində qeydə alınan hadisədə kimyəvi maddələrin təsirindən alov sürətlə bütün fabriki bürüyüb.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğını söndürmək hələlik mümkün olmayıb.

Yanan obyektin içərisində vaxtaşırı partlayış səsləri eşidilsə də, qruplar yanğının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısını almağa çalışıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Digər tərəfdən, polis qrupları obyektin ətrafında təhlükəsizlik tədbirləri görüb və fabrik ərazisinə girişə icazə verilməyib.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv