Kino Gününə həsr olunmuş tədbirdə xalq artisti əlbəyaxa davaya çıxdı – ŞOK VİDEO – Yenicag.Az

Reklam

Reklam

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.

Əldə etdiyimiz məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.

Həmin görüntüləri təqdim edirik.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5471
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.