“Dövlətin milyonlarla pulu yatıb qalır hesabda, amma kinoya xərclənmir”.
“Kino sənayesində hərəkətlilik var. 2024-cü ildə 20 ildən yuxarı tammetrajlı film yayıma çıxıb. Təəssüfləndirici hal bundan ibarətdir ki, onlar özəl şirkətlərin məhsuludur. Dövlətimiz vəsait ayırıb, amma xərclənmir, premyeralar olmur…”
Bu sözləri Yenicag.az-a açıqlamasında “Azərbaycan kino sənayesinin inkişafı üçün nə lazımdır” sualını cavablandırarkən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.
O, vəziyyətdən çıxış yollarını da göstərib:
“Kadr siyasətində də dəyişikliklər olmalıdır. Kino sahəsində vaxtında qəti qərarlar verə bilən, kino adamları arasında nüfuzlu, ssenariyə görə cavabdeh olan, Azərbaycan kinosunu arxasınca aparan güclü məmurlar lazımdır”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov
www.yenicag.az