Kirayə evlər nəzarətə götürülür

media-hightechnic-468x90

mainNüsrət İbrahimov: “Bakıda 56 min mənzil kirayəyə verilir”

“Kirayə evlərinin vergiyə cəlb olunmaması ilə ölkə büdcəsi hər ay 22,4 milyon manat vəsait itirir”. Bu sözləri Yenicag.az-a açıqlamasında NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi: “Evlərini kirayəyə verən insanlar bir çox hallarda özlərinə VÖEN açdırıb qeydiyyatda durmurlar. Belədə, Vergilər Nazirliyi həmin xətlə də prosesə nəzarət edə bilmir. Fikir verirsinizsə, Vergilər Nazirliyi vergidən yayınma hallarının sayını ilbəil azaldır. Fikirləşirəm ki, hələlik kirayə haqları və mənzilin satışından əldə olunan gəlirdən vergi tutmağa əlləri çatmayıb. Amma yəqin ki, yaxınlarda bu seqmenti də nəzarətə götürəcək. Belə də, demək olar vergidən yayınmanın sayı azalacaq. Bakı şəhərində mənzil fondunun 6-8 faizi kirayəyə verilir. Bakıda 700 min mənzilin olduğunu və onun da 8 faizinin kirayəyə verildiyini nəzərə alsaq, bu hardasa 56 min mənzilin kirayəyə verilməsi deməkdir. Onu da orta kirayə qiyməti 400 manata vurduqda, 22,4 milyon manat edir. Deməli bu qədər pul hər ay büdcədən yayınır”. Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600