Kişi polis zabitini, sonra isə özünü öldürüb
24 yaşlı polis əməkdaşı Tayler Stüart (Tyler Jacob Stewart) çağırışla yaşayış evinə gəlib. O, evdə zorakılıq əməlləri törətməkdə şübhəli bilinən, Preskott şəhərinin sakini, 28 yaşlı Robert Smiti (Robert W. Smith) zərərsizləşdirmək istəyərkən qətlə yetirilib.
Məlumata görə, R. Smitt polis zabitinə bir neçə dəfə atəş açıb, sonra isə özünü vurub.
Ağır vəziyyətdə olan T. Stüart xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
(CBS News)