KİV ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi taktikanı açıqlayıb

media-hightechnic-468x90

CNN telekanalının jurnalisti Cim Syutto yüksək rütbəli amerikalı rəsmisyə istinadən İrana endirilən zərbələr zamanı ABŞ-nin tətbiq etdiyi taktikanı açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, müvafiq məlumat jurnalistin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Mənbənin verdiyi məlumata görə, Vaşinqton aralıq mərhələləri olan və gücünə görə bir-birini üstələyən silsilə zərbələr planlaşdırıb.

“Hər dalğa qruplaşma və dəymiş ziyanın qiymətləndirilməsi üçün fasilələr verilməklə bir-iki gün davam edəcək”, – deyə o yazıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında İsrail ABŞ ilə birlikdə İrandakı obyektlərə zərbələr endirib. Cavab olaraq İran İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05