KİV haqqında qanuna dəyişiklikmi, basqımı? – Rəylər

media-hightechnic-468x90

e-hokum_300“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliyə görə,digər mətbu nəşrlə eyni yaxud oxşar ada malik mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Həmçinin qanunun 19-cu maddəsinə edilən dəyişikliyə görə, kütləvi informasiya vasitəsi qərəzli yazılara görə, il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımlanmasına xitam verilir.

Qanuna edilən dəyişiklik bir mövzunu gündəmə gətirdi. Görəsən bu dəyişiklik dövlət məmurlarının sui-istifadə hallarına yol açmayacaq ki?! Ümumiyyətlə, tez-tez jurnalist və məmurların məhkəmə çəkişmələrinin şahidi oluruq. Əksər hallarda da haqsız, eyni zamanda da iddiaçı tərəf məhz məmurlar olur. Belə olan təqdirdə, qanuna bu cür dəyişiklik edilməsi nə dərəcədə düzgündür?! Sui-istifadə hallarına yol açmayacağına kim zəmanət verə bilər?! Və ən önəmli məsələ də bu dəyişikliyin mətbuata məhdudiyyət gətirib-gətirməməsidir.

Yenicag saytı olaraq bu barədə media kapitanlarını fikrini öyrənməyə çalışdıq

Amil Hacıyev Publika.az saytının baş redaktoru: “Bu iki tərəfdən yanaşılası məsələdir. Birincisi yaxşı qaçan at özünə qamçı vurdurmaz. İnformasiyanın dəqiqləşdirilməsi və faktın tam işlənməsinə görə məsuliyyəti artıracaq. Bu qanun daha çox rekert saytların əleyhinə işləyən qanundur. Məncə bu da çıxış yolu deyil. Bunu bağladın sabah gedib başqa adla qayıdacaq. Məsələyə kompleks yanaşmaq lazımdı. Digər tərəfdən bu qanun Diffamasiya haqqında qanunun da qəbulunu labüd edir. Ona görə. maksimum ehtiyyatlı olub “dezo” xəbərlərdən qaçmaq lazımdır. Belə olacağı təqdirdə problem yaşanmayacaq”

Kafkaz Omarov Ölkə.az saytının baş redaktoru: “Müəyyən mənada məmurların “cəsarətlənməsinə” gətirib çıxaracaq. Məhdudiyyətə gətirib çıxaracağına inanmıram, amma məmurları tənqid edən araşdırma yazıların keyfiyyətini yüksəldəcəyinə inanıram. Ona görə də bir media qurumunun rəhbəri kimi hesab edirəm ki, araşdırmalar aparılan sahələrdən çəkilmiş foto və videomaterialların sayını artırmaq lazımdır. Korrupsiyanı, qanunsuzluğu, məmur özbaşınalığını daha geniş və ətraflı işıqlandırmaq üçün müasir vasitələrdən istifadə artırılmalıdır. Dəllilərlə, foto və videomateriallarla dərc olunmuş materiala görə məmur jurnalisti məhkəməyə verə bilməz. Bu sahədə mediamız, jurnalistikamız peşəkərliyini artırmalı və tənqidi yazıların sayını artırmalıdır. Belə şeylərdən çəkinmək olmaz”

Əziz Əlibəyli: ATVxəbər.az saytının redaktoru: “Söhbət burda qərəzli yazılardan gedir.Tutaq ki, jurnalistin apardığı araşdırma faktlara deyil, böhtana əsaslanırsa və buna görə də fəaliyyətinə xitam veriləcəksə olsun.Amma bu dəyişiklik əslində jurnalist adı ilə qanunu pozanlara stop qoyacaq. Qanunla fəaliyyəti uzlaşdırmaq lazımdır. Əcnəbi ölkələrdə də bu mexanizm işləyir.”

 

Ədil Hüseynli BizimXeber portalının baş redaktoru: “Ümumiyyətlə, jurnalistlərin məsuliyyətə cəlb olunmasının birmənalı olaraq əleyhinəyəm. Azad və demokratik cəmiyyətlərdə jurnalistlər məsuliyyətə cəlb olunmaz. Təəssüflə qeyd edim ki, bu gün Azərbaycanda jurnalistikanı anlamayan insanlar qəzet və portallar açıb istədikləri kimi yazır və idarə edirlər. Mən bunun qəti əleyhinəyəm. Jurnalistikanın özünün yazılmamış prinsipləri var. Şər və böhtan, jurnalistika deyil və belə insanlara qarşı hər hansı məsuliyyət nəzərdə tutulmalıdır.. Hansısa formada qadağalar tətbiq olunmalıdır.Qaldı ki, hansısa çap və ya elektron mətbu orqanın bağlanmasına bu bəzi məqamlarda lazımdır. Yuxarıda dediyim ki, əgər jurnalistikadan xəbəri olmayan insanlar sayt açıb istənilən məmuru, fərq etməz müəllimi, həkimi təhqir edirsə və bundan narahat olmursa o zaman həmin mətbu orqan bağlanmalıdır. Çünki, onlar jurnalistikanin adını ləkələyir, mənfi tendensiyalara yol açırlar. Qanunlara əməl etmək hər birimizin, borcudur. Qanunların necə işləməsi bizim özümüzdən asılıdır.Bu gün Azərbaycan jurnalsitikası “başsız atlı”nı xatırlasdır. Məncə bunun qarşısı mütləq alınmalıdır”

Səbuhi Abbasov. Xeber1.az saytıının baş redaktoru,QHT sədri: “Hesab edirəm ki, bu qanunun qəbulu zərurəti məmur-media münasibətlərinin sağlam qurulmamasından ortaya çıxdı. Hər hansı məsələ media vasitəsi ilə ictimai qınağa məruz qalırsa buna məmur o media orqanına açıqlama verərək son qoya bilər. Bu çox sadə və uğurlu çıxış yoludur. Ümid edirəm bu qanunun qəbulunda aidiyyatı qurumlar sui-istifadə hallarının da qarşısını almağı nəzərə alıb. Əks halda 15 il fəaliyyət göstərən bir media qurumuna qarşı 4 saylı MKİS 2 dəfə saxta iddia qaldırıb o media qurumunu bağlatdıracaqsa bu ölkənin dünyadakı nüfuzuna bir başa xələl gətirəcək. Amma reket jurnalistikya qarşı mübarizənin hər zaman tərəfdarı olmuşam. Amma bu qanunun onlara fantastik dərəcədə təsir edəcəyinə inanmıram. Deyək ki, hər hansı bir reket sayta qarşı 2 dəfə iddia oldu və sayt bağlandı. Yenisi açmaq o qədərmi çətindi? Məncə xeyir. Cəmi 2 gün lazımdı. Bu baxımdan düşünürəm ki, bu qanun birbaşa olaraq ciddi, cəmiyyətin gündəminə təsir edən media qurumları üçün həqiqətləri yazmaq baxımından əngəl olacaq”

Tofiq Abbasov. “New Baku Post” qəzetinin baş redaktoru: “Hesab edirəm ki, sözügedən maddə sui-istifadələr üçün şərait yaratmamalıdır. Əslində mətbuat mənsublarını düşündürən ən başlıca problem böhtan və yalandan uzaq olmaqdır. Əgər buna nail olmaq mümkündürsə, onda heç bir qorxu və ya çəkinmələrə yer qalmır. Əgər söhbət qərəzdən gedirsə, onda sadəcə ondan uzaq olmaq problemin həllini təmin etmiş olur.Mətbuat işçiləri daim özlərini sığortalamaq barədə niyə düşünmnəlidirlər? Bu o zaman baş verir ki, bəzi həmkarlar həddi aşmağa cəhdlər göstərib sonra isə başqalarını mühakimə edirlər, tənqid subyektlərini günahlandırıb imdad diləyirlər. Əgər tənqid əsaslıdırsa, konkret fakta söykənirsə, burda nə problem ola bilər ki?Zənnimcə araşdırmaya obyektiv, sözün əsl mənasında qərəzsiz yanaşma heç bir risk və təhdidlərə yer qoymur. Belə bir misal gətirim. İllər boyu mətbuatımızda uğurla fəaliyyət göstərən həmkarlarımız var ki, rezonanslı yazılar, reportjalar dərc ediblər və onlar barədə məhkəmələrə müraciət etmək tənqidə məruz qalmışların fikrindən belə keçməyib. Lakin sənətə yenicə qədəm qoymuş bəzi kadrlarımız isə elə başlanğıc mərhələsində görürsən ki, səs-küylü qalmaqalların iştrakçıların çevririlər. Niyə? Çünki olmayan şeyləri qabardıb, uydurmalara əsaslanıb fərziyə tipli reallııqları danılmaz fakt kimi qələmə verməyə cəhdlər göstərirlər. Belə yanaşmaların axırı olmur. Odur ki, faktlara yaxın olmaq bizləri həmişə başı uca edir”.
Kamran Ədalətoğlu
Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600