“Yeni Çağ” “Tələbələrin dostu” fəxri adı ilə təltif olundu – Foto

media-hightechnic-468x90

unnamedBu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) İctimaiyyətlə əlaqələr departamentinin təşkilatçılığı ilə ölkənin müxtəlif KİV nümayəndələri ilə görüş və onların “Tələbələrin dostu” fəxdi adı ilə təltiftmə mərasimi keçirilib.

Çay süfrəsi arxasında keçirilən görüşdə BDU THİK sədri Daşqın Qənbərov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Mustafazadə, komitə əməkdaşları və müxtəlif KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan THİK sədri Daşqın Qənbərov il boyu komitənin fəaliyyətini işıqlandıran media orqanlarına Daşqın Qənbərov xəbərlərin dəqiq, operativ şəkildə işıqlandırdığı üçün öz təşəkkürünü bildirib.

O, görüşə dəvət olunan qonaqları ölkə mediasının siması və sözün əsl mənasında, “Tələbələrin dostu” adına layiq olduğunu qeyd edib.

Daha sonra İctimaiyyətlə əlaqələr departamentinin apardığı monitorinqə əsasən seçilmiş KİV-lər komitə sədri tərəfindən təltif olunub. Təltif olunan media qurumları arasında “Yeni Çağ” (www.yenicag.az) qəzeti də olub və mükafatı baş redaktorun I müavini Sevər Şakirqızı qəbul edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600