"Kiyev Qərbin dəstəyi olmadan terror aktları törədə bilməz" - Peskov
“Kiyev Qərb kəşfiyyat orqanlarının dəstəyi olmadan enerji infrastrukturuna qarşı terror aktları həyata keçirə bilməz və bu, göz qabağındadır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kiyev kritik enerji infrastrukturuna qarşı bu cür terror aktlarına cəhd etməkdə davam edir və bu cəhdlərin mürəkkəbliyi onu göstərir ki, ukraynalılar özləri bunu edə bilməzdilər.
“Bu, Qərbin kəşfiyyat agentliklərinin iştirakı olmadan həyata keçirilə bilməzdi və indiki halda bu, ingilislərin işidir”.
Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, Britaniya kəşfiyyat orqanları Rusiyaya qarşı terror aktlarının təşkilində və həyata keçirilməsində birbaşa iştirak edir. O qeyd edib ki, London Kiyevlə birlikdə yeni hücuma hazırlaşır. Bu dəfə hədəf “Türk axını” qaz kəməridir./unikal