Kiyevdə Azərbaycan səfirliyinin maşınını partlatmaq istədilər - İDDİA

media-hightechnic-468x90

Kiyevdə naməlum şəxslər Azərbaycan səfirliyinə məxsus avtomobilə partlayıcı paket atmağa çalışıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb. Hadisə nəticəsində yoldan keçən bir qadın və bir kişi müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkənlərin kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna paytaxtı Kiyevdə, Nazirlər Kabinetinin binasının yaxınlığında da partlayış baş verib.

Hadisə yerinə Ukrayna Xüsusi Xidmət orqanlarının əməkdaşları cəlb olunub.

Ukrayna Xüsusi Xidmət orqanının mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskayanın “Ukrainskaya Pravda”ya verdiyi məlumata görə, hadisə yerində araşdırma işləri aparılır. İlkin ehtimallara görə, hadisə xuliqanlıq zəminində baş verib.

Xatırladaq ki, bu gün Ukraynada müstəqillik günü qeyd olunur.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600