Kiyevdə Rusiya hücumu: 7 nəfər ÖLDÜ
Kiyevdə Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində 7 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın daxili işlər naziri İqor Klimenko sosial media hesabı vasitəsilə yayıb. Onun sözlərinə görə, gecə saatlarında baş verən hücumlar zamanı yaşayış binaları, xəstəxanalar və idman obyektləri ciddi zərər görüb.
Kiyev meri Vitali Kliçko isə açıqlamasında bildirib ki, ölənlərdən 6-sı şəhərin mərkəzində yerləşən çoxmərtəbəli binada qeydə alınıb. Onun sözlərinə görə, hücum nəticəsində ümumilikdə 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, Rusiya bu hücumda 352 PUA və 16 raket istifadə edib və əsas hədəf Kiyev bölgəsi olub.
Hücum nəticəsində bir neçə yerdə yanğınlar baş verib. Hazırda xilasetmə və təmizlik işləri davam etdirilir.
Göycə Göycəyev