Kiyevdən QƏTİ MÖVQE: “Rusiya ilə danışıqlara məcbur edilməyimiz haqda xəbərlər...”

media-hightechnic-468x90

“Bizə təzyiq edildiyinə dair məlumatlar yalnız internet resurslarında “mövcuddur”.

media-banner_tkm

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri guya Ukraynanın Rusiya ilə danışıqlara məbur edildiyinə dair yayılan informasiyalara münasibət bildirən ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Ukraynanın hər hansı məcburiyyətə sürükləndiyi haqda məlumatlar əsassızdır:

“Bizə təzyiq göstərildiyi barədə xəbərlərin heç bir təsdiqi yoxdur. Həmin məlumatlar yalnız internet resurslarında “mövcuddur”. Ola bilsin, bu dezinformasiyalar Rusiyanın “trol ordusu” tərəfindən yayılır.

Ancaq tərəfdaşlarımız bizim qarşımızda hər hansı danışıq aparılmasına yönəlik tələb qoymayıblar. Ukrayna bu məsələdə müstəqil qərar verəcək və Putinlə hər hansə danışıqlardan söhbət gedə bilməz. Rusiya müasir Karfagen kimi dağıdılmalıdır. Arxada düşmən saxlamaq olmaz”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05