Klassik bodibildinq və fitness yarışı keçirilir

media-hightechnic-468x90

img1839950“Bakı 2015” I Avropa Oyunlarının mədəni və idman proqramları çərçivəsində iyunun 21-də klassik bodibilding və fitnes yarışı keçirilir.

Yenicag.az asnpress-ə istinadən xəbər verir ki, ölkəmizdə il dəfə keçiriln yarışlarda tanınmış idmançılar iştirak edir. Azərbaycan yarışlara çox güclü komanda çıxarıb.

Bakıda bodibildinq və klassik fitnes üzrə yarışlar başlamazdan üç həftə əvvəl hər bir nominasiyada çıxış edən idmançılar xüsusi testdən keçib. Beləliklə, 16 ölkədən 40 idmançı birinci yer uğrunda mübarizə aparır.

Qadın fitnesində iki dünya çempionu Dominika Multanova və Lyudmila Nikitina, dünya çempionu ukraynalı Oksana Orobets, macarıstanlı Nikolet Szabo, dünya çempionatının bürünc medalçısı britaniyalı Emma Paveley, latviyalı Vanesa Belova, ukraynalı Olqa Mohilnitska mübarizə aparır.

kişilərin yarışında dünya çempionu ukraynalı Fedir Kaşalov və Nazar Krakun, macarıstanlı Ferens Rippel, kişilərin klassik bodibildinq yarışında slovakiyalı Adrey Varqa, bolqarıstanlı Valentin Petkov, Azərbaycandan olan dünya çempionu Əli Əmrə, Andrey Lopuşankiy, rusiyalı Dmitriy Kirilov, xorvatiyalı Drazen Vrbancic, çexiyalı Boris Orava yarışırlar.

Boyu 168 santimetr olan idmançıların yarışında ölkəmizi Teymur Aslanov təmsil edir. O, 2013-cü ildə Avropa çempionu olub.

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rafael Santonja klassik bodibildinq yarışını izləmək üçün Azərbaycana gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600