Koçaryan Paşinyanın impiçmentinə QARŞI ÇIXDI

media-hightechnic-468x90

Ermənistanın ictimai xadimi Narek Malyan jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyana qarşı irəli sürülən impiçment təşəbbüsünü müzakirə edib. O, bu prosesə yalnız iki şəxsin — Nikol Paşinyan və Robert Koçaryanın qarşı çıxdığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Xatırladaq ki, “Artun enk” (“Biz oyağıq”) hərəkatının üzvləri hazırda Ermənistan parlamentinin bütün deputatlarına fərdi məktublar göndərərək, 10 gün ərzində Baş naziri etimadsızlıqla devirəcək təşəbbüs irəli sürüblər.

Malyan impiçmentin bu günə qədər Ermənistanın hakimiyyət dəyişikliyi üçün yeganə təsirli yol olduğunu vurğulayıb. O, həmçinin, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bəzi üzvlərinin əvvəlki dövrlərdə müxalifətə keçmək istəyini ifadə etdiyini, hətta bunun müqabilində müəyyən mükafat aldıqlarını qeyd edib.

Gələcəkdə sabiq prezidentlər və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşlər keçiriləcəyi və bu görüşlərdə təşəbbüsün dəstəyi və növbəti addımların müzakirə ediləcəyi bildirilib. Malyan əlavə edib ki, fraksiyalar yeni Baş nazirin namizədliyi ilə bağlı vahid mövqedə olmamalıdırlar. Əgər deputatlar impiçment prosedurunu həyata keçirməsələr, o zaman xalqın vəziyyəti öz əlinə almalı və yeni Baş nazir namizədi irəli sürməlidir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600