Köhnə kompüterlərin GİZLİ TƏHLÜKƏSİ: "Şəxsi məlumatlarınız və fotolarınız sıza bilər"

media-hightechnic-468x90

Artıq bir müddətdir ki, Azərbaycanda ikinci əl kompüter və texniki avadanlıqlara marağın artması diqqət çəkir. Bəziləri bunu yalnız əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirsə də, mütəxəssislər prosesin daha geniş iqtisadi və texnoloji səbəblərlə bağlı olduğunu bildirirlər.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında İT üzrə mütəxəssis Əmrah Mövsümzadə deyib ki, ikinci əl bazarına yönəlmə bir neçə paralel amilin nəticəsidir:

“Artıq bir müddətdir ki, ikinci əl kompüter və texniki avadanlıqlara marağın artması müşahidə olunur. Bu, yalnız əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah edilməməlidir. Qlobal texnologiya bazarında, xüsusilə pandemiyadan sonra yaranmış loqistika problemləri, çip qıtlığı və istehsal xərclərinin artması yeni məhsulların qiymətlərini ciddi şəkildə yüksəldib. Bu prosesdə iri istehsalçı şirkətlərin, o cümlədən Apple, Dell və HP kimi brendlərin məhsullarında da qiymət artımı müşahidə olunub”.

Onun sözlərinə görə, qiymət artımının bir hissəsi obyektiv iqtisadi səbəblərlə bağlı olsa da, nəticədə əhali daha münasib qiymətli alternativlərə üz tutur:

“Artan qiymətlərlə ayaqlaşa bilməyən istehlakçılar daha çox ucuz məhsullara yönəlir və bu kateqoriyada ikinci əl avadanlıqlar ön plana çıxır. İnkişaf etmiş ölkələrdə korporativ sektorun mütəmadi yenilənən avadanlıqları ikinci bazara ötürməsi artıq normal praktikadır”.

Mütəxəssis ikinci əl texnikanın alınması zamanı risklərin də nəzərə alınmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas təhlükə kibertəhlükəsizliklə bağlıdır:

“İkinci əl kompüterlər düzgün şəkildə formatlanmadıqda və məlumatlar tam silinmədikdə əvvəlki istifadəçiyə aid məlumatların sızması riski yaranır. Eyni zamanda, köhnə cihazlarda təhlükəsizlik yenilənmələrinin dəstəklənməməsi əlavə risklər yarada bilər”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05