!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kölgə iqtisadiyyatı”nı sarsıdan QƏRAR: “Onlar məcbur olacaqlar ki...” – İqtisadçının ŞƏRHİ

!Reklam – Yazi

“Əlavə dəyər vergisinin bi hissəsinin müştəriyə qaytarılması fonunda qeyri-leqal işləyən market sahibləri öz fəaliyyətlərini rəsmiləşdirməli olacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən faizinin müştəriyə geri qaytarılmasını nəzərdə tutan qərara münasibət bildirən iqtisadçı Fuad İbrahimov deyib.

Fuad İbrahimovun sözlərinə görə, bu qərar kölgə iqtisadiyyatının aradan qaldırılmasında vətəndaşların rolunu xeyli artıracaq:

“İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu metodologiya çoxdan mövcuddur. Bu addım vergi sisteminin stimullaşdırılması və insanlarda vergiyə marağı oyatmaq üçün ən optimal yollardan biridir.

Mövcud şəraitdə demək olar ki, əksər marketlərdə müştərilərə bonus kartları verilir. Etdiyi alış-veriş nəticəsində qazanacağı bonus və ya hədiyyə təbii ki, müştəridə maraq doğurur.

Əslində, müştərilər üçün qeyd olunan sistemin cəlbediciliyini artıran bu siyasət Qərb ölkələrinin bütün sahələrində mövcuddur. Artıq Azərbaycanda da bu təcrübənin tətbiqi əhəmiyyətli addımdır.

Nəticədə hər bir vətəndaş vergi ödəyicisi kimi ƏDV qəbzini əldə etməyə can atır. Vətəndaşlar elə ticarət mərkəzlərindən alış-veriş edəcəklər ki, əlavə dəyər vergisinin müəyyən məbləği özlərinə qayıtsın. Yeni qərar həm kölgə iqtisadiyyatı ilə mübarizədə effektli təsirə malik olacaq”.

Qeyd edək ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmindədir.

Gülşən Şərif

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv