"Komandam əla iş gördü" - "Araz- Naxçıvan"ın baş məşqçisi
“Komandam əla iş gördü”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Araz- Naxçıvan” komandasının baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Qol buraxsaq da, onlar bizi tək qoymadı. Sonadək dəstəklədi. Futbolçularımla qürur duyuram. Əla oyun nümayiş etdirdik. Günü-gündən daha da yaxşı oluruq. Bu matçı unudub, cavab görüşünə hazırlaşacağıq. Xarakterimizi qorumaq istəyirik. Rəqib də güclüdür”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq./Azertag/