Komandamızın nəticələri bəlli olub

media-hightechnic-468x90

karate_240913Almaniyanın Bremen şəhərində 22-ci dünya çempionatında komanda yarışları başlanıb.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, komanda kumite yarışlarında iştirak edən Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, heyətə cəlb edilən Pənah Abdullayev və Orxan Heydərli 3-cü görüşdə mübarizəni dayandırmalı olublar.

Günün nəticələri:

Kişilər

Azərbaycan – Çin 3:0
Tural Ağalarzadə 8:0, Pənah Abdullayev 8:0, Ayxan Mamayev 5:1

Azərbaycan – Braziliya 3:0
Tural Ağalarzadə 4:1, Niyazi Əliyev 5:0, Ayxan Mamayev 5:0

Azərbaycan – Türkiyə 2.5 – 2.5. Türkiyə 2 xal fərqi ilə qalib gəlib.
Niyazi Əliyev – Ehes Erkan 0:5
Tural Ağalarzadə – Sərkan Yağçı 0:0
Şahin Atamov – Yasər Şahintəkin 2-2
Ayxan Mamayev – Ərman Ərtəmur 3-0
Pənah Abdullayev – Gökhan Gündüz 1-1

Qələbə görüşün sonuna 4 saniyə qalmış əldən verildi. Rəqib qrup finalında 2:3 hesabı ilə uduzduğundan komandamızın bürünc medal şansları da yoxa çıxdı.

Qadınlar

Azərbaycan – Hindistan 2:0
İlahə Qasımova 8:0, Fəridə Abiyeva 8:0

Azərbaycan – Finlandiya 0:2
Nuranə Əliyeva 0:3, İlahə Quliyeva 1:4

Rəqib qrup finalında məğlub olduğuna görə komandamızın bürünc medal şansı boşa çıxdı.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600