Komitə sədrinin obyektinə polis basqını

media-hightechnic-468x90

5599Polis Lənkəranın “Palıdlı sahil” İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib.

Mənbə bildirir ki, əməliyyatın motivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər  Rəhim oğlu Həsənzadədir”.

Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.

“Palıdlı sahil” İstirahət Mərkəzinin sahibi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir.

Mənbənin məlumatına görə, hazırda Hadı Rəcəbli həbs olunanların azad edilməsi ilə bağlı hüquq-mühafizə orqanlari ilə danışıqlar aparır: İdmançılardan ibarət həmin dəstə deputatın himayəsində olub. Dəstənin kriminal “razborkalarda” iştirakı ehtimal edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600