Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komitəsində nazirlə deputat arasında gərginlik yaşanıb.
Yenicag.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin 2023-cü il büdcəsi müzakirələri aparılarkən nazir Süleyman Soylunun terrorla mübarizə ilə bağlı sözləri PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) millət vəkilinin etirazı ilə qarşılanıb.
Deputat Rıdvan Turanın etirazına nazirin cavabı da sərt olub.
Soylu: “Əlini qaldırma, əlini qaldırma, terrorçu təribiyəsiz. Otur aşağı, niyə ayağa qalxırsan? Gəl də”, – deyə deputatı davaya çağırıb.
Komitə sədri isə gərginliyi sonlandırmağa çalışıb.
www.yenicag.az