Kompleksdə iş dayandırlıdı

media-hightechnic-468x90

0e2815ca51fdGəncədə Şəhər 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları Samux rayonunda tikinti obyektində yoxlama keçiriblər.

Yenicag.az apa-ya istinadən bildirir ki, Samux rayonun Kolayır kəndindən tikilən heyvandarlıq kompleksində işçinin şikayəti əsasında yoxlama zamanı burada əmək qanunvericiliyinin pozulması halları aşkar edilib. Müfəttişlər tərəfindən müvafiq qaydada kompleksin tikintisini dayandırıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev aşkarlanan qanunsuzluqlardan danışıb: “Orada xüsusi əmək mühafizəsi vasitələrindən istifadə edilməyib. Bundan başqa işə götürülənlə əmək müqaviləsi olmayıb. Bununla bağlı xüsusi göstərişlər verildi. İstehsalat sahəsinin fəaliyyəti dayandırıldı və icraçı məcbur olan göstəriş icra edildikdən sonra müəssisə fəaliyyətini bərpa edəcək”.

İnzibati Xətalar məcəlləsinin tələblərinə görə, fiziki şəxslər əmək qanunvericiliyinin tələblərini pozarsa 3-5 min manat arası, hüquqi şəxslər isə 20-25 min manat arası cərimə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600