!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kompüterdən çox istifadə edən kişi KOMAYA DÜŞDÜ

!Reklam – Yazi

Rusiyada səhərə qədər kompüter oyunu oynayan kişi komaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Surqut təcili yardımı sosial şəbəkə hesabında yayıb.

Bildirilir ki, Surqut sakini səhər saat üçə qədər kompüter oyunu oynayıb, sonra isə komaya düşüb.

Fevralın 14-də səhər tezdən təcili tibbi yardıma zərərçəkənin oğlundan zəng daxil olub. O, atasının huşsuz vəziyyətdə yerdə uzandığını bildirib.

“Çağırışa gələndə kişi komada idi. Yaxınları ilə söhbət etdikdən sonra məlum oldu ki, xəstə səhər saat üçə qədər kompüter oyunları oynayırmış.

Həyat yoldaşı ona uzanıb dincəlməyə razı salmaq istəsə də, o imtina edib.
Bir müddət sonra kişinin təkrar qusma və qıcolmalarla müşayiət olunan qəfil baş ağrısı yaranıb.

Daha sonra o, huşunu itirib. Onu özünə gətirmək cəhdləri uğursuz alınıb. Dərhal təcili yardım çağırılıb”, – deyə məlumatda qeyd olunub.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv