www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamedMoskva Dövlət Universitetinin (MDU) Hüquq fakultəsində “Azərbaycanda Konstitusiya dəyişiklikləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Rusiya Azərbaycan Gənclər Birliyi (AMOR), Moskva Dövlət Universiteti yanında Gənc Alimlərə Dəstək Şurası, MDU-nin Hüquq fakültəsi təşkil edib.

Dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ümumrusiya Azərbaycan Konqresinin sədri İlqar Hacıyev, Rusiya Azərbaycan Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev, Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Gənc Alimlər Şurasının sədri Yevgeniya Kryukova, Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndəsi, eləcə də konstitusiya və müqayisəli hüquq, beynəlxalq münasibətlərlə maraqlanan bir sıra aparıcı universitetlərin tələbələri iştirak edib.

Tədbirdə Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər, Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi, mexanizmləri, eləcə də ölkənin gənc kadr ehtiyatı və digər məsələlər müzakirə olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."