Xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyeva ən çətin günlərində ona dəstək olan həmkarının kimliyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, o həmin insanın, həmkarı, əməkdar artist Könül Kərimova olduğunu bildirib:
“Həyatda o qədər şeylər olur ki, çıxıb efirdə danışmaq olmur. Mənim Könül Kərimovaya mənəvi borcum var. Ən çətin anlarımda o yanımda olub. Könüllə on il eyni parta arxasında əyləşmişik; beş il Bülbül adına Orta məktəbdə, beş il də Konservatoriyada. O xanımın yaxşılığını unutmaram”.
Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru