!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi başa çatdı - FOTO

!Reklam – Yazi

6 noyabr tarixdə “Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində sonuncu tədbir – “Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda layihənin rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov giriş sözü ilə çıxış edərək deyib ki, könüllülük, həyatın əsas dəyərlərindən biridir və hər bir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Könüllü fəaliyyətlər, insanlara kömək etmək, cəmiyyətə fayda vermək və özümüzü inkişaf etdirmək üçün əvəzsiz bir vasitədir. Könüllülük, cəmiyyətdə birliyi və həmrəyliyi təşviq edir və hər bir fərdin həyatına müsbət təsir göstərir. Xüsusilə gənclərin könüllülük fəaliyyətlərində iştirakı çox vacibdir. Gənclərimiz, öz enerjisi və yenilikçi ideyaları ilə cəmiyyəti təkmilləşdirmək və özlərini inkişaf etdirmək üçün böyük potensiala malikdirlər. Gənclərin könüllülükdə iştirakı, onların gələcəkdə daha məsuliyyətli və fədakar vətəndaşlar olmasına kömək edir.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, könüllülük pedaqogikası şəxsiyyətin əxlaqi inkişafını, empatiya və başqalarına qarşı məsuliyyət hissini inkişaf etdirməyi məqsəd qoyur. Bu yanaşma insanın özünün və başqalarının ehtiyaclarını başa düşmək və onlara yardım etməyi təbliğ edir və fərqli sosial və mədəni qruplar arasında əlaqələri gücləndirərək sosial inteqrasiyanı və ən əsası cəmiyyətin üzləşdiyi təhsil, səhiyyə, ətraf mühit və bu kimi problemlərin həlli istiqamətində aktiv iştirak etməyi təşviq edir. Bu səbəblərdən könüllülük pedaqogikasının öyrənilməsi həm fərdi, həm də sosial baxımdan çox mühüm əhəmiyyətə malikdir.
Azad Novruzov layihənin əhəmiyyətinə toxunaraq layihəni yüksək qiymətləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova çıxış edərək ölkəmizdə gənclərə yaradılan imkanlardan, könüllülük proqramlarının əhəmiyyətindən, könüllülüyün gənclərin həm fərdi, həm də peşəkar inkişafına verdiyi töhfələrdən danışıb.

Rəsmi çıxışların ardından mövzu ətrafında pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Vəliyeva, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Əliyeva çıxışlar edib.

Tədbirin bədii hissəsində gənclərdən ibarət muğam qrupunun ifaları olub. Gənclərin ifaları alqışlarla qarşılanıb.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Aygül Məmmədovanın moderatorluğu, pedaqogika üzrə fəlsəfə doktoru Şəhla Süleymanova və pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Cabbarovanın iştirakı ilə “Könüllü fəaliyyətin pedaqogikasını bilmək bizə nə verir? adlı panel müzakirə baş tutub. Spikerlər mövzu ətrafında danışıb, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra layihənin başa çatması ilə əlaqədar layihə rəhbəri tərəfindən layihə çərçivəsində dəstək göstərənlərə xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialı və Naxçıvan Müəllimlər İnstitutunun tərəfdaşlığı ilə “Estafet” Gənclərin İctimai Birliyi tərəfindən keçirilib.

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv