“Koroğlu” metrosunda yanğın-Fotalar,Video
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Koroğlu” stansiyasında qəza baş verib.
Hərəkət edən qatarların birində yanğın olduğu bildirilib və sərnişinlər vaqonlardan təcili boşaldılıb.
Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, saat 08:09-da H.Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarın 4-cü vaqonunda platformada tüstülənmə baş verib. Bununla əlaqədar bütün sərnişinlər evakuasiya edilib, xəsarət alan yoxdur.
N.Paşayev bildirib ki, saat 08:30-dan etibarən bütün stansiyalar üzrə qatarların gedişindəki problem aradan qaldırılaraq hərəkət bərpa olunub(axar.az).