Koronavirus 8 il əvvəl bu oyunda - Çin qadağan etdi - FOTO/VİDEO

media-hightechnic-468x90

Əsas məqsədi yoluxucu xəstəliyi bütün dünyaya yaymaq olan “Plague” oyunu Çində qadağan edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərara səbəb 2012-ci ildə ilk dəfə yaradılan “Plague” mobil tətbiqinin bu gün yaşananları xarakterizə etməsidir.

Çin hökuməti isə bu tətbiqin qadağan edilməsinə səbəb olaraq tətbiqin qeyri-qanuni məzmunlu olmasını göstərir.

Tətbiqin yaradıcısı Ceyms Vaughan da bunun xəyal ünsürü olduğunu bildirib. Lakin bu açıqlamaya inanılmadığı qeyd edilir.

“Plague”nin tərtibatçılarından Ndemic Creations isə vəziyyətin nəzarətdən çıxdığını və oyunu çinli oyunçulara qaytarmağın yolunu tapmağa çalışdığını bildirib.

Qeyd edək ki, bu mobil tətbiq dünyada ən çox yüklənənlər siyahısındadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600