Koronavirus xəstəsi aptektdə saxlanıldı

media-hightechnic-468x90

Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstəsi saxlanılıb.

Yenicag.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Şahsevən kənd sakini 1990-cı il təvəllüdlü Usubov Musa Malik oğlunun yaşadığı evi icazəsiz tərk etməsi halı polis əməkdaşları tərəfindən müəyyən edilib.

Musa Usubov yaşadığı evdən 10 km aralıda yerləşən aptekə gedərək virusun digər insanlara keçməsi təhlükəsi yaradıb. Dərhal Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Musa Usubov saxlanılıb, onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilib.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600