Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusdan ölüm riskini azaldan preparat tapıldı

ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVID-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.

Yenicag.az-ın məlumatına görə, həmin preparat alfa-blokatorlar qrupuna aiddir.

Aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.

Müşahidələr tam təsdiqlənmədiyi üçün mütəxəssislər sınaqlar keçirməyi planlaşdırır. 6 gün davam edəcək sınaqlardan sonra, 60 gün ərzində xəstəxanalara yerləşdirilən, eləcə də intensiv terapiya müalicə tələb olunan insanların sayını müşahidə edəcək.

Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur./Trend/

www.yenicag.az

323
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100