Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Koronavirusdan qorunmaq üçün TƏKLİF: "Virtual öpüşün, bir-birinizi..."

“İslam və Azərbaycan mental dəyərlərinə görə insanların yaxın təması qadağan edilir. 19-cu əsrə qədər insanların əl görüşməsi belə məqbul sayılmırdı. Sovetlər dönəmində əllə görüşmək və öpüşmək dəb halını aldı. Brejnevin məşhur öpüşü yadımızdadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bildirən kulturoloq Aydın Xan Əbilov pademiya və pandemiyadan sonrakı dövrdə də sosial məsafənin qorunmasının vacib olduğunu deyib. O, ilk növbədə görüşərkən öpüşməyin əleyhinə olduğunu deyib.

O, xüsusilə, son illər ənənə halını alan kişilərin öpüşməsinə qarşı çıxıb və maraqlı təklif irəli sürüb:

“Sovetlər dönəmində dəbə düşən öpüşmək Azərbaycanda ənənə halını aldı. Xüsusən son zamanlar şair Oqtay Rzanın şeirində deyildiyi kimi, yaman artıb kişi öpüşü. Bu da normal qarşılanmamalıdır. Çünki bir çox xəstəliklər öpüş vasitəsi ilə ötürülür.

İnsanlar pandemiya və pandemiyadan sonrakı dönəmlərdə öpüşməyi bir-birinə qadağan etməlidir. Təklif edərdim ki, virtual öpüşlərdən, “smaylik”lərdən istifadə olunsun. Canlı-canlı öpüşməkdənsə, virtual öpüşün, bir-birinizi virtual şəkildə sevin, sevginizi sosial məsafəni gözləməklə ötürün”.

“Ümumiyyətlə, isti münasibətlər zamanı əndazəni aşmaq olmaz”, – deyən kulturoloq, Avropa ölkələri ilə müqayisə edib:

“Avropada görüşən zaman öpüşmək qadağandır, tanımadığın adamın uşağını, bizdə olduğu kimi març-murç öpmək qadağandır”.

Cəvahir

www.yenicag.az

935