Yaponiyanın tibb mütəxəssisləri müəyyənləşdiriblər ki, “Nelfinavir” preparatı koronavirusun artımının qarşısını alır.
Yenicag.az xəbər verir ki, alimlərinin tədqiqatının nəticələri “bioRxiv” portalında dərc olunub.
Qeyd edək ki, “Nelfinavir” insanın immun çatışmazlığı virusuna qarşı istifadə olunur. İmmun çatışmazlığı virusunun müalicəsi zamanı “Nelfinavir”i digər antiretrovirus preparatı ilə uzlaşdıraraq istifadə edirlər.
Tədqiqatçılar yeni koronavirusun hissəciklərinə doqquz belə preparatın təsirini öyrəniblər. Alimlər “Nelfinavir”in tətbiqi zamanı COVID-19-un fəallığının azalmasını aşkarlayıblar.
Həkimlər vurğulayıblar ki, hələ koronavirus infeksiyasına qarşı yoxlanmış vasitə ixtira etməyiblər. Buna görə effektiv antivirus preparatlarını yoxlamaq lazımdır.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyon yoluxma qeydə alınıb, 105 mindən çox insan pandemiyanın qurbanı olub. /Report/
www.yenicag.az