Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronovirusa görə Bakı-Sumqayıt yolundakı işlər dayanacaq? - RƏSMİ AÇIQLAMA

“Bakı-Sumqayıt yolundakı işlər davam etdirilir. Yol işlərinin dayandırılması ilə bağlı Operativ Qərargah hər hansı bir qərar verməyib”.

Bunu Yenicag.az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli koronovirus pandemiyasından əvvəl və sonra başlanan bütün yol işləri ilə bağlı layihələrin davam etdirildiyini qeyd edib:

“Texnikalarla işləyən işçi qüvvəsi onsuz da müəyyən ara məsafələrində çalışır, çünki həmin işçilər texnikaların içərisində olurlar. Hər gün işə başlamazdan əvvəl də hərarətləri ölçülür. Əl əməyi ilə çalışan işçilər ara məsafəsini gözləmək, eyni zamanda qoruyucu maskalardan istifadə qaydalarına əməl etməklə işlərini görürlər”.

Mətbuat xidmətinin rəhbəri Bakı- Sumqayıt yolunda işlərin may ayında başa çatacağını da bildirib.

Cəvahir

www.yenicag.az

697
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100