!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Korrupsiya ilə mübarizəyə ictimai dəstək”: Yekun tədbiri keçirildi - FOTO/VİDEO

!Reklam – Yazi

“ *İnkşafa və İslahatlara Dəstək”* İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib.

Yenicag.az xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən *“İnkşafa və İslahatlara Dəstək”* İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilmişdir. “Elektron hökumət layihələri və dövlət satınalmalarının şəffaflığı təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunmuşdur. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılmış, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilmişdir. Asan xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələri olaraq bu istiqamətdə bizim üzərimizə də müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir.”

ATXƏM-in sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər. Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırıldı. Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhəri, Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.

COP29

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv