Kosmik tarixdə ilk dəfə yatmış qara dəliyin oyanışı müşahidə edilib.
Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, tədqiqatçılar 2019-cu ildə dünyadan 360 milyon işıq ili uzaqlıqda ani parıltı aşkar ediblər.
“SDSS1335+0728” adı verilmiş qalaktikadaki bu parıltının ulduzlar öləndə və ya qara dəliyə yaxınlaşarkən parçalandıqda ortaya çıxa biləcəyi ehtimalı üzərində dayanan alimlər işığın uzun müddət parlaq qalması ilə bu versiyaların düzgün olmadığı qənaətinə gəliblər.
2019-cu ildən bəri aparılan araşdırmaların nəticələrinə görə, sözügedən nöqtə artaraq parlaqlıq qazanmağa davam edir. Elm adamlaırnın fikrincə, belə uzunmüddətli parıltı ancaq yatmış qara dəliyin oyanması nəticəsində ola bilər.
www.yenicag.az