Kraliça Elizabet bitkin vəziyyətdə: Ərinin ölümü onu sarsıdıb
İngiltərə kraliçası II Elizabetin səhhətində yaşanan problemlər ölkə mediasında geniş araşdırmaya cəlb edilib.
Yenicag.az xəbər verir ki, “The Sunday Times” nəşri kraliçanın həyat yoldaşı Edinburq Hersoqu, Şahzadə Filippin ölümündən sonra sarsıldığını, onun yoxluğu barədə fikirləşməmək üçün çoxlu işlə məşğul olduğunu iddia edib.
Qeyd edilir ki, 95 yaşlı kraliçanın əsa ilə gəzməsi, bir gecəni xəstəxanada keçirməsi onun bu mürəkkəb məşğuliyyətindən qaynaqlanır.
Gecələr yuxu problemi yaşayan kraliçanın yalnızlıq qorxusunun üzə çıxdığı, tək başına yemək yemək istəmədiyi, bunun üçün də dostlarını sarayda qonaq etdiyi bildirilir. Bundan başqa, Elizabetin gecələr çox televizor izlədiyi üçün bitkin halda olduğu vurğulanır.