Kralın ölümü neftin qiymətinə təsirsiz ötüşmədi

media-hightechnic-468x90

6599735_iBununla belə, ekspertlərin fikrincə, Səudiyyə kralının ölümü bu ölkənin neft siyasətini dəyişməyəcək

Yanvarın 23-də dünyasını dəyişən Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləzizin ölümü dünya bazarında neftin qiymətinə də təsir göstərib. Belə ki, kralın ölümündən sonra dünən neftin qiymətlərində artım baş verib. Kral Abdullahın ölümünün elan edilməsindən bir müddət sonra dünya bazarında xam brent neftinin qiyməti 1,59 faiz artaraq 49,29 dollara, Qərbi Texas növü xam neftin qiyməti isə 1,47 faiz artaraq 46,99 dollara yüksəlib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayından başlayaraq50 faizdən çox ucuzlaşan neftin qiyməti ötən həftələr son 6 ilin ən aşağı səviyyəsinə qədər yaxınlaşmışdı.

Bəzi ekspertlər Səudiyyə Ərəbistanının kralı Abdullahın ölümünün ardından 1995-ci ildən bu yana neft naziri olan Ali en-Naiminin vəzifəsindən azad ediləcəyi ehtimal edirlər. Bu səbəbdən yaxın perspektivdə neftin qiymətlərində qeyri-müəyyənliyin artacağı proqnozlşadırıldığından neft bahalaşıb. Bəzi analitiklər isə Səudiyyə Ərəbistanın neft qiymətlərini aşağı salmaq və bazardakı böyük payını qorumaq üçün uzunmüddətli bir plan müəyyən etdiyini və kral Abdullahın ölümünün bu məsələdə bir dəyişikliyə səbəb olmayacağını bildirirlər.

Beynəlxalq enerji agentliyinin (BEA) baş iqtisadçısı Fatih Birol isə Davosda keçirilən Dünya iqtisadi forumunda bildirib ki, Səudiyyə Ərəbistanının neft siyasətində ölkə kralı Abdullah bin Əbdüləziz Əl Səud vəfatından sonra əhəmiyyətli dəyişiklik olmayacaq: “Kralın vəfatından sonra və dəyişikliklərlə əlaqədar (hökumətdə) mən Səudiyyə Ərəbistanının neft siyasətində heç bir əhəmiyyətli dəyişiklik gözləmirəm. Mən gözləyirəm və ümid edirəm ki, onlar neft bazarlarında sabitlik faktoru olaraq qalmaqda davam edəcəklər.

Bəs, görəsən, Səudiyyə kralının ölümünün neftin qiymətinə təsir edəcəyi nə dərəcədə gözləniləndir?

Məsələyə münasibət açıqlayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov «Həftə içi»nə bildirib ki, neftin qiyməti siyasi proseslərdən asılı olduğundan yaxın 2-3 gün ərzində birjalarda hansısa dəyişiklik müşahidə edilə bilər: «Məlum məsələdir ki, Səudiyyə Ərəbistanı ABŞ-la ən yaxın müttəfiqdir. Eyni zamanda, OPEC-in ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı ötən ilin noyabr ayında Birliyin neft hasilat kvotasını sabit saxlamaq qərarına rəhbərlik etmişdi. Hasilat kvotasının sabit saxlanılması qərarı isə qlobal neft təklifi artıqlığı problemini şiddətləndirərək neft qiymətlərindəki azalmaları dərinləşdirmişdi. Ehtimal olunur ki, Səudiyyə kralının ölümü birjalarda müəyyən dəyişikliyə səbəb olsun. Çünki yeni kral köhnə kralın həyata keçirdiyi siyasəti davam etdirməyərək neft hasilatın azaldılması barədə qərar qəbul edə bilər. Əgər belə bir qərar qəbul olunarsa, o zaman neftin qiymətinin artacağı istisna deyil. Amma bunlar hamısı ehtimallardır. Sözsüz ki, bütün məsələlər yeni kralın Səudiyyə Ərəbistanının gələcək siyasətinin detallarını açıqladıqdan sonra aydınlaşacaq”.

Bununla belə, Rəşad Həsənov hesab edir ki, ABŞ-la ən yaxın müttəfiq olan və rəsmi Vaşinqtonun təkidi əsasında neft hasilatını azalmayan Səudiyyə Ərəbistanında kəralın ölümündən sonra da eyni siyasət davam edəcək. Ümumiyyətlə isə 2015-ci ildə neftin qiymətinin artacağı gözlənilmir. Onun fikrincə, proqnozlar onu deməyə əsas verir ki, bu il «qara qızıl»ın ən yaxşı halda qiyməti 50-60 dollar civarında dəyişəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Səudiyyə Ərəbistanı kralının ölümü neftin qiymətində ciddi dəyişiklik yaratmayacaq. Ekspert “Həftə içi”nə açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanı dünyada ən iri neft ixracatçılarından sayılsa da, baş verən hadisənin birjalara təsiri qeyri-mümkündür: «Düzdür, kralın ölüm xəbəri yayılandan sonra neftin qiyməti bir qədər bahalaşdı. Amma bu heç də hansısa addımla bağlı deyildi. Sadəcə, informativ səbəblərin yaratdığı qiymət dəyişikliyi idi. Günün ikinci yarısı biz bunu daha aydın müşahidə etdik. Yəni, neftin qiyməti yenidən ucuzlaşdı. Bu baxımdan Səudiyyə kralının ölümü neftin bahalaşmasına səbəb olmayacaq. Çünki bu ölkədə hansısa hakimiyyət dəyişikliyi baş verməyib. Sadəcə, krallıq ənənələrinə uyğun olaraq dünyasını dəyişmiş şəxsin yerinə kral ailəsinin yeni üzvü təyin olub. Təbii ki, yeni kral mövcud ənənələrə sadiq qalacaq və ondan hansısa yeni siyasət gözləmək düzgün deyil».

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600