!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreditlə alınan məhsulun SATIŞ “LABİRİNT”İ: “Belə hallarda bütün məsuliyyət...”

!Reklam – Yazi

“Məsələ mütləq araşdırılmalı və vətəndaşın pozulan hüquqları bərpa edilməlidir”.

Bu fikirləri kreditlə alınan və ödənişi başa çatdırılmayan məhsulun bundan xəbəri olmayan olmayan üçüncü şəxsə satılması hallarına münasibət bildirən iqtisadçı Pərviz Heydərov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı məsuliyyət yalnız satıcının üzərindədir:

“Kreditdə olan məhsulun hansısa pərakəndə satış obyektində digər şəxsə satılması istehlakçıya qarşı hörmətsizlikdir. Bu, vətəndaşın ikitərəfli aldadılması faktı sayılır.

O halda satan tərəf bütün məsuliyyəti öz üzərinə götürməlidir. Məsələ mütləq araşdırılmalı və vətəndaşın pozulan hüquqları bərpa edilməlidir. Əks təqdirdə isə istehlakçının məhkəməyə müraciət etmək və araşdırma aparılmasını tələb etmək hüququ var.

Əgər belə hallara qarşı indi tədbir görülərsə, gələcəkdə yaşana biləcək mənfi tendensiyaların qarşısını müəyyən qədər almaq mümkün olacaq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv