Kreml ABŞ-ı hədələdi
“Ukrayna öz ərazisində ABŞ-ın Hava hücumundan müdafiə sisteminin elementlərini yerləşdirsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün cavab tədbirlər görəcək”.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinovun müvafiq bəyanatını şərh edərkən bildirib.
“Əgər Ukrayna ABŞ-ın raket hücumundan müdafiə sistemini öz ərazisində yerləşdirməyi planlaşdırırsa, əlbəttə ki, bunu biz tərəfdən mənfi qəbul etmək olar. Ona görə ki, bu Rusiya üçün təhlükə olacaq”, – deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, A. Turçinov ABŞ hava hücumundan müdafiə sisteminin komponentlərinin Ukrayna ərazisində yerləşdirilməsi ilə bağlı məsləhətləşmələrin keçirilə biləcəyini istisna etməyib.