!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml dalana dirənir: "Putin ya Patruşevin özünə, ya da oğluna hakimiyyəti təhvil verə bilər"

!Reklam – Yazi

“Krımı dünya tanımasa da, Rusiya öz ərazisi hesab edir. Ukrayna ordusu dəfələrlə ora hücum etdi, ancaq Rusiya nüvə silahından istifadə edə bilmədi. Putinin nüvə təhdidi qorxutmaq üçün vasitədir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişi və Vladimir Putinin nüvə təhdidi haqqında danışarkən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Tərlan Eyvazov bildirib ki, Rusiya işğal etdiyi ərazilərdə referendum keçirməklə nüvə silahından istifadəsinə hüquqi don geyindirməyə çalışır, ancaq bu da blefdir:

“Son günlər Ukrayna-Rusiya cəbhəsində olduqca böyük dəyişikliklər var. Ukrayna ordusu cəbhəni yarıb və bir sıra mühüm məntəqələr azad edib. Bu uğur həm bütün dünyaya, həm də Ukrayna üçün böyük motivasiyadır. Bu uğurların səbəbi Ukrayna ordusunun hazırlıqları və Qərbin verdiyi dəqiq silahlardır.

Bundan narahat olan Rusiya rəhbərliyi səfərbərliyin olmayacağını bildirsə də, artıq qismən səfərbərlik elan etməyə məcbur oldu. Bu onu göstərir ki, Putinin artıq geri çəkilməyə yolu yoxdur. Sonuncu Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki sammitində Çin və Türkiyə Putinə məsləhət gördü ki, müharibəni dayandırsın. Putin oradan gəldikdən sonra həm xaricdə, həm daxildə çox böyük təzyiqlərlə üz-üzə qaldığına görə ambisiyasından geri çəkilmədi və bu cür gediş etdi. O bu hərəkəti ilə işğal etdiyi torpaqlarda hansısa bir referendum keçirərək əvvəllər tanımış olduğu “respublika”ların da Rusiyaya qatılmasını təmin edəcək. O ərziləri saxta yolla Rusiyaya qoşduqdan sonra onun müdafiəsi üçün hüquqi olaraq əli açılacaq. Rusiyanın hərbi doktrinasında belə bir şey var ki, yalnız özünün ərazisinə işğal təhlükəsi yaranarsa, nüvə və atom bombasından istifadə edilə bilər. Putin özlüyündə bu silahlardan istifadə etmək üçün zəmin hazırlayır. Bildiyimiz kimi, Krımı dünya tanımasa da, Rusiya öz ərazisi hesab edir. Ukrayna ordusu dəfələrlə ora hücum etdi, ancaq Rusiya nüvə silahından istifadə edə bilmədi. Putinin nüvə təhdidi qorxutmaq üçün vasitədir. Putinə ən yaxın adamları belə nüvə məsələsi ilə bağlı deyirlər ki, blefdir.

Qərbin özünü sakit aparması onu deməyə əsas verir ki, nüvə və atom bombasından istifadə edilsə, onların hansısa tədbirləri var. Düşünürəm ki, Rusiyanın bu variantı baş tutmayacaq və Ukrayna ordusunun ardıcıl zərbələri davam edəcək. O vaxta qədər ki, Ukrayna ordusu ölkəsini tamamilə işağldan azad edəcək.

Şanxay Əməkdaşlıq Təşkilatının görüşündən sonra Putinə ən yaxın adamlardan sayılan və Təhlükəsizlik Şurasının sədri olan Patruşev Çinə səfər etdi. O, Çindən dəstək almaq istəyirdi. Müşahidəçilər bildirir ki, onun bu səfəri nəticə verməyib. Çin də bu müharibədən hər kəsin zərər çəkdiyini görür. Ona görə də Rusiyanı müharibədən çəkindirməyə çalışır. Burada bir məsələ də ortaya çıxıb. Ola bilsin, Putin öz istəyi ilə ya Patruşevin özünə, ya da oğluna hakimiyyəti təhvil verə bilər. Bütün dünya Putini cinayətkar kimi görür. Bütün dünya bunu bilirsə, rusiyalı oliqarxlar da bilməmiş deyil. Rusiya ondan qurtulmasa, ölkənin də xilası şübhə altına düşəcək”.

Tərəflər arasındakı əsir mübadiləsinə gəldikdə, Tərlan Eyvazov bunları deyib:

“Azov”çular nə qədər çətin olsa da, onlar dünya hərb tarixində mümkün olmayan bir şeyi etdilər. Ukrayna da, bütün dünya da o cür igid insanların xilası üçün çabalar göstərdi. Yenə də regionumuzun və Qara dəniz hövzəsinin sayılan dövləti Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə qarışdı və BMT xətti ilə bu məsələnin həll olunmasını öz üzərinə götürdü. O vaxt məsələyə Ərdoğan qarışanda düşündüm ki, onlar hər hansısa formada azad olunacaqlar. Rusiya onları kazarmaya yerləşdirib atəşə tutmaqla bunu Ukrayna tərəfinin üzərinə atmağa çalışdı. Orada çoxlu sayda “Azov”çu həlak oldu.

Hesab edirəm ki, Putinlə Ərdoğanın son görüşündə bu məsələ müzakirə olunub və həmin şəxslərin azad olunması baş tutub. Düşünürəm ki, Ukrayna üçün, araçılıq missiyasını yerinə yetirən Ərdoğan üçün diplomatik qələbədir. Mənim üçün bu hadisə taxıl dəlizinin açılmasından daha böyük bir hadisədir. Mənim onlara çox böyük simpatiyam var. Onların şəninə ayrıca tablo həsr etmişəm”.

Səxavət Məmməd

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv