Kreml Polşadakı insidenti şərh etməkdən imtina etdi

media-hightechnic-468x90

Kremlin sözçüsü Dmitri Peskov Polşanın baş naziri Donald Tuskun Rusiya pilotsuz təyyarələrinin ötən gecə Polşa hava məkanını pozması ilə bağlı iddiasını şərh etməkdən imtina edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz şərh vermək istəmirik. Bu, bizim məsuliyyətimiz deyil. Bu, Rusiya Müdafiə Nazirliyinin məsələsidir”, – o, brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tusk bildirib ki, Polşa hərbçiləri ölkənin hava məkanını pozan ən azı 23 PUA-nı qeydə alıblar. Onlardan bir neçəsi vurulub. Baş nazir insidentdə Rusiyanı günahlandırıb və NATO nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05